​Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

​Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək Qəbulda həmçinin Ağdaş, Ucar və Zərdab rayonlarının sakinləri iştirak edə bilərlər
Biznes
17 Dekabr , 2015 15:43
​Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 18-də vergilər naziri Fazil Məmmədov Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinin Nizami küçəsi,14 ünvanında yerləşən inzibati binasında Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 11 saylı Ərazi Vergilər Departamenti, Ağdaş, Ucar və Zərdab rayonu vergi ödəyicilərinə xidmət mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi