Vergilər naziri Ucarda vətəndaşları qəbul edəcək

Vergilər naziri Ucarda vətəndaşları qəbul edəcək Qəbulda ancaq Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar iştirak edə bilər
Biznes
21 Dekabr , 2016 11:17
Vergilər naziri Ucarda vətəndaşları qəbul edəcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 23-də vergilər naziri Fazil Məmmədov Ucar rayonunda vətəndaşları qəbul edəcək. “Report”un məlumatına görə, qəbul Ucar şəhəri Heydər Əliyev prospekti, döngə 2 ünvanında yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində baş tutacaq.

Qəbulda ancaq Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Görüşdə vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 9 saylı Ərazi Vergilər İdarəsi, habelə, Ağdaş, Ucar, Zərdab və Kürdəmir rayonu Vergi Ödəyicilərinə Xidmət mərkəzləri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi