Vergilər naziri Saatlıda vətəndaşları qəbul edəcək

Vergilər naziri Saatlıda vətəndaşları qəbul edəcək Görüşdə yalnız Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilər
Biznes
18 Aprel , 2017 09:55
Vergilər naziri Saatlıda vətəndaşları qəbul edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 21-də vergilər naziri Fazil Məmmədov Saatlı rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək. “Report” xəbər verir ki, qəbul Saatlı rayonu Qara Qarayev küçəsi,5 ünvanında yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində baş tutacaq.

Görüşdə yalnız Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Saatlı, Şirvan, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar 5 saylı Ərazi Vergilər İdarəsi, Saatlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Sabirabad Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Hacıqabul Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Cəbrayıl rayon Vergilər Şöbəsi (Biləsuvar rayonu, 8 saylı qəsəbə) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi