​Vergilər naziri Qazaxda vətəndaşları qəbul edib

​Vergilər naziri Qazaxda vətəndaşları qəbul edib Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub
Biznes
3 İyul , 2015 16:18
​Vergilər naziri Qazaxda vətəndaşları qəbul edib

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Qazax şəhərində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlarla görüş keçirib. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunduğu, müraciətlərin bir qismi nəzarətə götürüldüyü, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verildiyi deyilir.

Son xəbərlər

Orphus sistemi