​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edib

​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edib Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb
Biznes
25 Fevral , 2016 14:56
​Vergilər naziri Oğuzda vətəndaşları qəbul edib

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Oğuz rayonunda Oğuz, Şəki və Qəbələ rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib. Bu barədə "Report"a Vergilər Naizrliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi