Vergilər naziri Hacıqabulda vətəndaşlarla görüşəcək

Vergilər naziri Hacıqabulda vətəndaşlarla görüşəcək Qəbulda vergilərin hesablanması, sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq
Biznes
16 Fevral , 2015 16:55
Vergilər naziri Hacıqabulda vətəndaşlarla görüşəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın vergilər naziri Fazil Məmmədov fevralın 20-də Hacıqabulda, Vergi ödəyicilərinə Xidmət Mərkəzində (İsmət Qayıbov küçəsi,15) vətəndaşları qəbul edəcək. Görüşdə Hacıqabul, Saatlı və Neftçala rayonları və Şirvan şəhərinin sakinləri iştirak edə bilər.

"Report"un Vegilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 5 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs – Şahin Abbasov, əlaqə telefonu: (021) 216-00-55, mobil (055) 337-30-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi