Yuxarı

Vergilər Nazirliyi supermarketlərdən şikayət edir - YENİLƏNİB

Nazir müavini: Dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir

İlk xəbər saat 11:57-də verilib

Bakı. 18 may. REPORT.AZ/ "Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov supermarketlərin Vergilər Nazirliyinə vergi məsələləri ilə bağlı dərs keçməsindən də narazılıq edib: "Hələ bizə deyirlər ki, gəlin oturaq, sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir".

***

"Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. Bu supermarketlərdə malların qiymətləri dəyişməyib. Vergi orqanalarının apardığı ciddi yoxlamalar nəticəsində onlar 2014-cü ilə nisbətən 2015-ci ildə bir qədər artıq vergi ödəyib. Bu ilin əvvəlində apardığımız xronometraj müşahidələr zamanı isə bu obyetklərin onların on dəfələrlə dövriyyəni gizlətdiyinin şahidi olmuşuq. Dövriyyəsini 40 dəfə gizlədən supermarketlər var", - deyə nazir müavini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi