Vaşinqtonda yeni İpək Yolunun imkanları təqdim olunacaq

Vaşinqtonda yeni İpək Yolunun imkanları təqdim olunacaq Tədbir Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunacaq
Biznes
18 Aprel , 2016 09:15
Vaşinqtonda yeni İpək Yolunun imkanları təqdim olunacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 28-də Vaşinqtonda "Şərq-Qərb" Transxəzər nəqliyyat və tranzit dəhlizi" forumu keçiriləcək.

"Report" xəbər verir ki, forum Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin ABŞ-dakı səfirlikləri tərəfindən təşkil olunacaq.

Tədbirin məqsədi dünyanın biznes dairələri üçün müasir İpək Yolu layihəsinin və ora investisiya yatırmaq imkanlarının təqdimatıdır. İş adamları bu regional layihədə iştirak edəcəyi təqdirdə əldə edə biləcəyi xeyir barədə məlumatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi