Vahid Əhmədov: "Bazarda inhisarçılıq mövcuddur"

Vahid Əhmədov: "Bazarda inhisarçılıq mövcuddur" Millət vəkili: "Bu millətə dəyməyin, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar"
Biznes
17 Noyabr , 2017 11:57
Vahid Əhmədov: Bazarda inhisarçılıq mövcuddur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov / Report

Bakı. 17 noyabr. REPORT.AZ/  "Düz 10 ildir Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Çünki bazarda inhisarçılıq mövcuddur". 

"Report" xəbər verir ki, bunu Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınlar kişilərdən daha çox hüquqa malikdir: "Hazırda qadınlar bizdən daha çox hüquqa malikdir. Mən həmişə demişəm ki, millətimiz işgüzardır. Bircə bu millətə dəyməyin, işləsinlər, vergilərini ödəsinlər. Sizi əmin edirəm ki, belə olsa, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar".

Deputat deyib ki, dövlət büdcəsininin müzakirəsi üçün qeyri-hökumət təşkilatları da cəlb edilə bilər: "6-7 il öncə biz müxtəlif ictimai təşkilatları büdcə müzakirəsinə dəvət edirdik. İndi də elə olmalıdır. Budcə daha geniş kütlə ilə müzakirə edilməlidir".

Son xəbərlər

Orphus sistemi