Ukraynada beynəlxalq sənaye forumu keçiriləcək

Ukraynada beynəlxalq sənaye forumu keçiriləcək Foruma Azərbaycan şirkətləri də dəvət olunub
Biznes
15 Sentyabr , 2015 12:33
Ukraynada beynəlxalq sənaye forumu keçiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 30-da Ukrayna Sənayeçilər və Sahibkarlar Birliyinin (ULIE) təşkilatçılığı ilə Kiyevdə “Bazara sürətlə daxilolma qabiliyyətinə malik istehsal malları” (FMCG) adlı XIV Sənaye Forumu keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb. 

Forum Ukraynada pərakəndə ticarətlə məşğul olan 30-dan çox aparıcı şirkəti və 200-dən çox Ukrayna, MDB, Avropa ölkələri, eləcə də FMCG istehsalçıları, qida və içki distribüterlərini bir araya gətirəcək.

Tədbir sahibkarlara müqavilələrin mübadiləsi yolu ilə Ukraynanın ən böyük pərakəndə satış şəbəkələri və özəl istehsalçı şirkət nümayəndələri ilə əməkdaşlıq etmək imkanı verəcək.

Sözügedən forumda iştirak üçün Azərbaycan şirkətləri də dəvət olunub.

Son xəbərlər

Orphus sistemi