Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib

Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib Malena Mard: "Əldə edilən təcrübənin layihənin sona çatdığı dövrdən sonra da fayda verdiyini görürük"
Biznes
7 Aprel , 2017 11:02
Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda iqtisadiyyat nazirinin müavini Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və digər qurumların rəsmi nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən S.Babayev qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa hər zaman önəm verib. Nazir müavini qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Avropa İttifaqı ilə münasibətlərimiz çox inkişaf edib. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 32% idisə, 2017-ci ilin iki ayının ümumi ticarət dövriyyəmizin 42%-i Avropa ölkələrinin payına düşüb. Avropa ölkələri Azərbaycanın əsas investorlarıdır. Aİ ölkələri Azərbaycanın əsas kapitalına 20 mlrd. avro, qeyri-neft sektoruna isə 3 mlrd. avro investisiya qoyub. Ümumilikdə, müxtəlif proqram və layihələr çərçivəsində Avropa İttifaqı Azərbaycana 1992-ci ildən indiyə qədər 582 mln. avro yardım göstərib. Kənd təsərrüfatı emalı məhsullarının ixracı bu ilin iki ayında ötən illin analoji dövrü ilə müqayisədə 40% artıb".

"Tvinninq layihəsi vasitəsilə Avropa İttifaqına üzv olmayan ölkələrlə birgə bir sıra mühüm işlər həyata keçirilib. Əminəm ki, bu işlərlə bağlı bizim bölüşəcəyiniz bir neçə uğurlu misallar var. Azərbaycanla Avropa İttifaqı arasında 2008-ci ilin sonundan 45 layihə təsdiq edilib. Azərbaycan tvinninq alətinin istifadəsində liderdir. Bu layihə çərçivəsində işlərin uğurla reallaşdırılması Avropa İttifaqında çalışan mütəxəssislərin töhfəsidir ki, onlar azərbaycanlı həmkarları ilə vacib təcrübəni bölüşüblər. Tvinninq layihələri adətən iki illik olur. Lakin layihənin uğurlu həyata keçirilməsinin nəticəsidir ki, bu müddət bitəndən sonra da əməkdaşlıq davam edir. Əldə edilən təcrübənin layihənin sona çatdığı dövrdən sonra da fayda verdiyini görürük", - deyə M.Mard qeyd edib.

Onun sözlərinə görə, Tvinninq layihəsi münasibətlərin inkişafı üçün ən yaxşı təməl və böyük fürsətdir: "Azərbaycanda ətraf mühitin mühafizəsi, azərbaycanlı həmkarlarımızın prioritetləri layihənin əsas vacib alətidir. Bizim bir çox naliyyətlərimiz var. Bu münasibətlər tərəfdaşlıq əsasında qurulub. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın töhfəsi ötən 10 il ərzində özünü göstərib".

Son xəbərlər

Orphus sistemi