Türkiyədən İrana qızıl ixracı kəskin artıb

Türkiyədən İrana qızıl ixracı kəskin artıb Türkiyədən İrana ixracın 24%-i qızıl zərgərlik məmulatlarının payına düşüb
Biznes
24 Avqust , 2015 12:25
Türkiyədən İrana qızıl ixracı kəskin artıb

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyədən İrana qızıl zərgərlik məmulatlarının ixracı keçən ilin ilk altı ayındakı 1,8 mln. dollardan bu ilin eyni dövründə 453 mln. dollara yüksəlib.

"Report"un Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə Türkiyənin İrana cəmi ixracının 24%-ni qızıl zərgərlik məmulatları təşkil edib.

Ümumiyyətlə, bu müddətdə Türkiyədən İrana ixracın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,894 mlrd. dollar olub. Zinət əşyaları İxracatçıları Birliyinin rəhbəri Ayhan Güner keçən ilin sonuna qədər bu ölkənin qızıl idxalına icazə vermədiyini bildirərək iranlı müştərilərin mal satın almaq üçün Dubaya üstünlük verdiklərini deyib. A.Güner İranın Türkiyə üçün önəmli bir bazar olduğunu və mövcud rəqəmlərin bir neçə dəfə yüksələ biləcəyini qeyd edib.

"İran bizim üçün önəmli bir bazardır, hətta 6-7 ölkəyə bərabərdir. Bu ölkəyə edəcəyimiz ixracla digər ölkələrdə yaşadığımız itkiləri əvəzləşdirə bilərik", - deyə Birlik rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi