Yuxarı

​Türkiyədə vergi borcu olanların kimliyi ictimaiyyətə açıqlanacaq

Artıq rəsmi mətbuat vasitəsi ilə borclulara xəbərdarlıq edilib

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə hökuməti vergi və cərimə borcları olan ölkə vətəndaşlarının kimliyinin ictimaiyyətə açıqlanması barədə qərar qəbul edib. "Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, yerli rəsmi mətbuat artıq bu barədə borcluları xəbərdar edib.

Qərara əsasən, ötən ilin sonuna 250 min lirədən (131 min manatdan) çox borcu olan və həmin borcu bu ayın sonuna qədər ödəməyən vətəndaşların adı ictimailəşdiriləcək. İlk növbədə iyulun 15-dən avqustun 18-dək borclu vətəndaşlar barədə məlumatı yerli vergi idarələrindən əldə etmək mümkün olacaq. Sentyabrın 1-dən isə "qara siyahı" Türkiyə Gəlirlər İdarəsinin rəsmi internet səhifəsində açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi