Türkiyədə ləğv olunan şirkətlərin sayı 5% artıb

Türkiyədə ləğv olunan şirkətlərin sayı 5% artıb 2019-cu ildə Türkiyədə 84 102 yeni şirkət yaradılıb.
Biznes
24 Yanvar , 2020 12:08
Türkiyədə ləğv olunan şirkətlərin sayı 5% artıb

2019-cu ildə Türkiyədə 84 102 yeni şirkət yaradılıb. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Palatalar və Birjalar Birliyi məlumat yayıb. 

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 1,4% azdır. 

Ötən il Türkiyədə ləğv olunmuş şirkətlərin sayı isə 13 197 olub. Bu isə əvvəlki ilə nisbətən 5% çoxdur. 

Təkcə 2019-cu ilin dekabr ayında isə Türkiyədə 7 849 yeni şirkət yaradılıb, 2 201 şirkət ləğv edilib. Bu isə 2018-ci ilin dekabr ayı ilə müqayisədə müvafiq olaraq 23,5% və 7,4% çoxdur. 

Son xəbərlər

Orphus sistemi