Türkiyə şirkəti Azərbaycan bazarını araşdırır

Türkiyə şirkəti Azərbaycan bazarını araşdırır "Poytherm" istilikqoruyucu lövhələr istehsalçısı gələn ildən Azərbaycan bazarına girmək niyyətindədir
Biznes
13 İyul , 2017 15:37
Türkiyə şirkəti Azərbaycan bazarını araşdırır

Bakı. 13 iyul. REPORT.AZ/ Türkiyənin "Poytherm" istilikqoruyucu lövhələr istehsal edən şirkəti Azərbaycan və Gürcüstan bazarına çıxmağı planlaşdırır. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Poytherm" hər iki ölkənin bazarına 2018-ci ildə daxil olmaq niyyətindədir.

"Bu il şirkətimizin 20% böyüyəcəyini gözləyirik. 2018-ci ildə isə ixracat əməliyyatlarını genişləndirmək niyyətindəyik. Logistika baxımından Azərbaycan və Gürcüstan bizə ən uyğun ölkələrdir. Hazırda bu ölkələrdə ciddi bazar araşdırmalarımız aparılır", - şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi