Yuxarı

​Türkiyə saxta məhsul istehsalında ikinci yerdədir

Lider Çindir, sonrakı yerləri isə Sinqapur, Tayland, Hindistan və Mərakeş tutur

Bakı. 19 aprel. REPORT.AZ/ Saxta məhsul istehsalı üzrə dünya miqyasında Çin ilk sırada, Türkiyə isə ikincidir. "Report" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən xəbər verir ki, dünyada saxta məhsulların dövriyyəsi 500 mlrd. dollar təşkil edir. Hesabatda həmçinin bildirilib ki, gömrükdə müsadirə olunan saxta məhsulların 3,3%-ni Türkiyə istehsalı olan mallar təşkil edir. Türkiyəni 1,9%-lə Sinqapur, 1,6%-lə Tayland, 1,2%-lə Hindistan və 0,6%-lə Mərakeş izləyir.

Türkiyənin "Fortune" jurnalına görə, 2013-cü ildə dünyada istehsal edilən saxta məhsulların məcmu dövriyyəsi 461 mlrd. dollar olub. Bu da 17,9 trln. dollar təşkil edən qlobal dünya ticarətinin 2,5%-nə bərabərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi