Türkiyə Prezidenti İƏT-ə üzv ölkələri milli valyutalarla ticari əməkdaşlığa çağırıb

Türkiyə Prezidenti İƏT-ə üzv ölkələri milli valyutalarla ticari əməkdaşlığa çağırıb İstanbul. 28 noyabr. REPORT.AZ/ Noyabrın 26-dan Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü “Yüksək Səviyyəli Mütəxəssislər sessiyası” davam edir.
Biznes
28 Noyabr , 2018 16:38
Türkiyə Prezidenti İƏT-ə üzv ölkələri milli valyutalarla ticari əməkdaşlığa çağırıb

İstanbul. 28 noyabr. REPORT.AZ/ Noyabrın 26-dan Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü “Yüksək Səviyyəli Mütəxəssislər sessiyası” davam edir. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, 4 qitədən 57 üzv və 5 müşahidəçi ölkənin nazirlərinin qatıldığı və sabah başa çatacaq sessiya “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması" mövzusunda təşkil olunub. 

Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə işə başlayan sessiyadan əvvəl ailə fotosu çəkilib. Daha sonra dövlət başçısı çıxış edib. O, müsəlman ölkələrində yaşanan qətliamdan danışıb, mədəniyyətin və sülhün paytaxtı olan Fələstində 70 ildir ki, göz yaşı tökən insanlar üçün İƏT-ə üzv ölkələri birləşməyə çağırıb, eləcə də Suriyadakı vəziyyətə toxunub: "Suriyada illərdir ki, davam edən böhranı başqaları deyil, biz yoluna qoymalıyıq". 

Prezident çıxışında həmçinin İƏT-ə üzv ölkələri bir-biri ilə milli valyutadan istifadə etməklə ticari əməkdaşlığa çağırıb. O, İslam ölkələri arasında ticarətin genişlənməsində bu sessiyanın son dərəcə əhəmiyyətli olduğunu bildirib. 

"Gömrük qanunvericiliyində bəzi dəyişikliklər edilməli, bu sistemin sadələşdirməsi üçün ortaq layihələr həyata keçirilmədir", - deyən dövlət başçısı tədbir çərçivəsində bu mövzuda mühüm qərarların qəbul olunacağın bildirib. 

Qeyd edək ki, sessiyada İƏT-in baş katibi Yousef-bin Ahmed Al-Othaimeen və təşkilata üzv ölkələrin regional təmsilçilərinin çıxışları da olub. Nazirlərin və hökümət nümayəndələrinin iştirakı ilə "Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə", "Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər", "Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu" mövzularında panel iclasları və ikitərəfli görüşlər baş tutub. Görüşlərdə gömrük risklərinin idarə olunması sahəsində təcrübə mübadiləsi, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Tədbir çərçivəsində S.Mehdiyevlə Səudiyyə Ərəbistanının ticarət və sərmayə naziri Majid Abdulla əl-Kasabi, eləcə də Qətərin sənaye və ticarət naziri Əli bin Ahmed əl-Kuvari arasında ikitərəfli görüşlər keçirlib. Görüşlərdə ölkələr arasında idxal-ixrac əməliyyatlarının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Azərbaycandan bu ölkələrə kənd təssərüfatı məhsullarının ixracı üçün nəqliyyat xərclərinin azaldılması məsələləri müzakirə olunub, yekun qərarların icrasına dair fikir mübadiləsi aparılıb. 

Sessiya çərçivəsində İƏT ölkələrinin Maliyyə Sərgisi də açılıb. 

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi