Yuxarı
    Bağlamaq

    Aydın Əliyev ​Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

    Görüşdə türkdilli ölkələr arasında gömrük əlaqələrinin genişləndirilməsinin daha səmərəli təşkili üzrə fikir mübadiləsi aparılıb

    Bakı. 18 mart. REPORT.AZ/ Martın 17-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.

    Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Aydın Əliyev türkdilli ölkələrin əməkdaşlığı, o cümlədən iqtisadi-ticari, gömrük sahəsində əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.

    Bir neçə il bundan öncə Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də xatırladığını komitə sədri bu görüşdə müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın inkişafına yönələn mühüm addımlardan biri kimi dəyərləndirdiyini deyib.

    Qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib.

    Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

    Görüşdə, həmçinin türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi