"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb

"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı - Türk Hava Yolları şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib.
Biznes
9 Avqust , 2019 14:38
Türk Hava Yollarının xalis mənfəəti 3 dəfədən çox azalıb

Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib. 

"Report" xəbər verir ki, bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yerləşdirilmiş hesabatda bildirilir. 

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% və yaxud 3,3 dəfə azdır. 

Hesabat dövründə aviaşirkətin ümumi gəlirləri isə 35% artaraq 17,5 milyard lirəyə (5,424 milyard manat) çatıb. 

Son xəbərlər

Orphus sistemi