Yuxarı

Yüksək Texnologiyalar Parkının direktoru: "Azərbaycanda ortaq investisiya fondu yaratmaqda maraqlı olan investorlarla danışıqlar aparırıq"

​Tural Kərimli: "Azərbaycanda ortaq investisiya fondu yaratmaqda maraq
​Tural Kərimli: Azərbaycanda ortaq investisiya fondu yaratmaqda maraqlı olan investorlarla danışıqlar aparırıq

"“Venture" fondlarının yaradılması ilə bağlı qanunvericilik üzərində iş gedir. Hazırda qanun layihəsinin müzakirəsi aparılır". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Tural Kərimli deyib.

T.Kərimli qeyd edib ki, yeni qanun startapların maliyyələşməsinə şərait yaradacaq:

“Ümid edirəm ki, yaxın zamanda “Venture" fondlarla bağlı qanun qəbul olunacaq və bu Azərbaycanda startapların maliyyələşməsi və “venture” investisiyaların daha da inkişaf etməsinə səbəb olacaq. Hazırda bir sıra xarici investisiya qurumları var ki, onlar Azərbaycanda müştərək investisiya fondları yaratmaqda maraqlıdılar. Biz onlarla danışıqlar aparırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi