"Toyota" 2022-ci ildə bir neçə dəqiqədə enerji yığan elektromobil istehsal edəcək

"Toyota" 2022-ci ildə bir neçə dəqiqədə enerji yığan elektromobil istehsal edəcək Yaxın 10 ildə digər şirkətlər də kütləvi elektromobil istehsalına keçəcəklər
Biznes
25 İyul , 2017 20:00
Toyota 2022-ci ildə bir neçə dəqiqədə enerji yığan elektromobil istehsal edəcək

Bakı. 25 iyul. REPORT.AZ/ Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Yaponiyanın "Toyota" şirkəti 2022-ci ildə cəmi bir neçə dəqiqəyə enerji yığan yeni tip batareya ilə çalışan elektromobillər istehsal edəcəyini açıqlayıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın "Chunichi Shimbun" qəzeti yayıb. Yeni nəsil elektromobilin 2022-ci ildən də satışa çıxarılması nəzərdə tutulub. Qeyd edək ki, "Toyota Corp." rəsmisi məsələyə şərh verməkdən imtina edib.

"Reuters" bildirib ki, hazırda istehsal edilən elektromobillərin litium-ion batareyaları 20-30 dəqiqəyə dolur və 300-400 km. yol qət edir. Agentlik həmçinin qeyd edib ki, BMW kimi digər istehsalçılar da 10 il ərzində kütləvi şəkildə elektromobil istehsalını başlayacaqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi