Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə "Bir pəncərə" elektron sistemin tətbiqi planlaşdırılır

Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə "Bir pəncərə" elektron sistemin tətbiqi planlaşdırılır Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə icazələrin verilməsi ilə bağlı Bir pəncərə elektron sistemi tətbiq etməyi planlaşdırır.
Biznes
30 Avqust , 2019 12:29
Azərbaycanda ilin sonunadək tikinti icazələri üzrə Bir pəncərə elektron sistemin tətbiqi planlaşdırılır

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə icazələrin verilməsi ilə bağlı "Bir pəncərə" elektron sistemi tətbiq etməyi planlaşdırır".

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədi ilə press-turda bildirib. 

Onun sözlərinə görə, hazırda gələcəkdə tətbiq ediləcək sistemlərin arxitekturası hazırlanır.

R. Mahmud bildirib ki, "Bir pəncərə" elektron sistem tikintiyə və istismara icazələrin verilməsi üçün yaradılıb: "Müraciətlər elektron şəkildə qəbul edilir. Tam tikinti layihə sənədləri, o cümlədən torpaq üzərində mülkiyyət sənədi elektron üzərindən göndərilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərən özünə xidmət mərkəzində sənədlərə baxılır. Rəylərin və texniki şərtlərin alınması üçün aidiyyəti qurumlara göndərilir və qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində müsbət cavab və imtina cavabı verilir".

R. Mahmud əlavə edib ki, bu gün bu xidməti ancaq bəzi tikinti obyektləri üçün istifadədir. Lakin digər növ tikinti obyektlərin istifadəyə verilməsi üçün işlər aparılır və qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, bu xidmətin ölkə üzrə bütün bölgələrində istifadəyə verilməsi üzərində işlər aparılır".

Son xəbərlər

Orphus sistemi