​Telman İsmayılov avqustun 29-da müflis elan edilə bilər

​Telman İsmayılov avqustun 29-da müflis elan edilə bilər Bununla bağlı məhkəmə prosesi növbəti dəfə təxirə salınıb
Biznes
11 Avqust , 2016 16:13
​Telman İsmayılov avqustun 29-da müflis elan edilə bilər

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun müflis elan edilməsinə dair məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, dinləmələr avqustun 29-da keçiriləcək.

Xatırladaq ki, T.İsmayılovun müflis elan olunmasına Moskva Arbitraj Məhkəməsi qərar verməlidir. "AST" Şirkətlər Qrupunun təsisçisi olan sahibkara qarşı məhkəmə iddiasını "VTB Group"a daxil olan "BM-Bank" (keçmiş "Bank Moskva") ötən ilin oktyabr ayında qaldırıb. Bu ilin fevral ayına olan məlumata görə, T.İsmayılovun banka borcu 286,42 mln. rubl (təxminən 7,1 mln. manat) təşkil edir.

Son xəbərlər

Orphus sistemi