Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsi ilə tanış olub

Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsi ilə tanış olub İqtisadiyyat Nazirliyində Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib
Biznes
4 Noyabr , 2016 18:43
Tacikistan nümayəndə heyəti Azərbaycan təcrübəsi ilə tanış olub

Bakı. 4 noyabr. REPORT.AZ/ Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Nigina Anvarinin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub.

"Report"a İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüş sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənmək məqsədi daşıyıb.

Tacikistan nümayəndə heyəti ilə görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq subyektlərində yoxlamaların tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. 

Görüşdə Tacikistan nümayəndə heyəti üçün Azərbaycanda sahibkarlığın inkişafı barədə təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi