Yuxarı

Sumqayıt və Zaqatalada bir neçə marketdə süni qiymət artımının qarşısı alınıb

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb

Bakı. 11 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

“Report” nazirliyə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus “Elmar” marketdə, eləcə də Zaqatala şəhəri, F.Əmirov küçəsində “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə aparılan yoxlamalar zamanı malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi