"Sumqayıt Nəqliyyat Təchizat"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

"Sumqayıt Nəqliyyat Təchizat"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib Yığıncaq noyabrın 11-də, saat 10:00-da baş tutacaq
Biznes
12 Oktyabr , 2016 08:33
Sumqayıt Nəqliyyat Təchizatın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Sumqayıt Nəqliyyat Təchizat" ASC-nin səhmdarlarının sentyabrın 30-na nəzərdə tutulmuş növbədənkənar ümumi yığıncağının vaxtı dəyişdirilib. "Report" xəbər verir ki, yığıncaq noyabrın 11-də, saat 10:00-da baş tutacaq.

İclasın gündəliyinə müəssisəyə yeni İdarə Heyətinin seçilməsi, eləcə də cari məsələlər daxildir.

Ümumi yığıncaq ASC-nin Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək. 

Xatırladaq ki, "Sumqayıt Nəqliyyat Təchizat" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 512 manatdır. 

Son xəbərlər

Orphus sistemi