Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni rezident - “Azmonbat” MMC qeydiyyata alınıb.
Biznes
23 Yanvar , 2020 10:14
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni rezident - “Azmonbat” MMC qeydiyyata alınıb. 

“Report” nazirliyə istinadən xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 21-ə çatıb.

Yeni şirkət ərazidə qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək. Gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisəsinin yaradılması da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi