SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracı 21% artırıb

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracı 21% artırıb 2019-cu il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Biznes
29 Yanvar , 2020 12:04
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracı 21% artırıb

2019-cu il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 219,5 mln. dollar təşkil edib. 2018-ci ildə isə bu göstərici 181,5 mln. dollar olub.

Bu siyahıda növbəti yerləri "Azəralüminium" MMC (115,5 mln. dollar), "Azergold" QSC (85 mln. dollar),"Azərenerji" ASC (75,9 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (23,6 mln.dollar),"Azərbaycan Hava Yolları" QSC (21,5 mln. dollar) “CTS-Agro” MMC (5,8 mln. dollar), “Azərtütün Aqrar Sənaye Kompleksi” (2,5 mln. dollar) “Azərikimya” (2 mln. dollar), “Bakı Neft Maşınqayırma Zavodu" ASC (1,5 mln. dollar) bölüşdürür.

Son xəbərlər

Orphus sistemi