SKMF Tovuzdan olan sahibkarlara 309 min manat güzəştli kredit verib

SKMF Tovuzdan olan sahibkarlara 309 min manat güzəştli kredit verib Rayonun iş adamlarına verilən güzəştli kreditlərin məbləği 18,2 mln. manata çatıb
Biznes
20 Aprel , 2017 16:54
SKMF Tovuzdan olan sahibkarlara 309 min manat güzəştli kredit verib

Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuz rayonunun Düz Qırıqlı kəndində bu gün işgüzar forum keçirib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, forumda 90-a yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, rayonun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, kartofçuluq, istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Tovuz rayonundan olan 556 sahibkara 18,2 mln. manat güzəştli kredit verilib.

Tədbr çərçivəsində Tovuz rayonunda dövlətin güzəştli krediti ayrılan kartofçuluq təsərrüfatına baxış keçirilib. 

Qeyd edək ki, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 232,4 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi