SKMF Şəmkir rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Şəmkir rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
21 Fevral , 2017 08:53
SKMF Şəmkir rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, Fond iş adamlarından aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalı və dəyirman kompleksinin,istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-mail: [email protected]

Son xəbərlər

Orphus sistemi