SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 20 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 
Biznes
20 Fevral , 2018 15:32
SKMF Salyanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 20 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, qeyd edilən layihələr əsas 3 istiqaməti əhatə edir: intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının yaradılması, istixana kompleksinin yaradılması və quru meyvə istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi