Yuxarı

SKMF Şabranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər

Bakı. 18 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, SKMF sahibkarlardan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, Fond oktyabrın 13-də Şabran rayonunda işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi