SKMF Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
3 May , 2017 09:11
SKMF Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 3 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 

"Report" Fonda istinadən xəbər verir ki, iş adamlarından cins heyvandarlıq, üzümçülük, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq (nar) təsərrüfatlarının, süd emalı və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. 

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172. 

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi