Yuxarı

​SKMF Oğuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlar bu gündən investisiya layihələri ilə Fonda müraciət edə bilərlər

Bakı. 26 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən etibarən Oğuz rayonunda fəaliyyət göstərən sahibkarlardan potensial investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, mayın 21-də rayonun Yaqublu kəndində işgüzar forum keçirilib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bu, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının, habelə pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması ilə bağlı layihələr ola bilər.

Artıq bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi