SKMF-nın icraçı direktoru: "Ötən il sahibkarlara 190 milyon manat güzəştli kredit verilib"

SKMF-nın icraçı direktoru: "Ötən il sahibkarlara 190 milyon manat güzəştli kredit verilib" Şirzad Abdullayev: "Bu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kredit veriləcək"
Biznes
16 Fevral , 2017 19:06
SKMF-nın icraçı direktoru: Ötən il sahibkarlara 190 milyon manat güzəştli kredit verilib

Bakı. 16 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ötən illərdə olduğu kimi, bu ildə də sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi məqsədilə bu gün Şəmkir rayonunda ilin ilk işgüzar forum keçirib.

İqtisadiyyat Nazilriyindən “Report”a verilən xəbərə görə, tədbirdə 200-ə yaxın sahibkariştirak edib. Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalının, kiçik və orta həcmli istixana, intensiv üzümçülük, kartofçuluq təsərrüfatlarının, dəyirmanın yaradılması üzrə hazırlanan nümunəvi investisiya layihələri, metodiki materiallar sahibkarlara təqdim olunub.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 270 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrin inkişafına yönəldiləcək.

Tədbirdə SKMF-nın icraçı direktoru Şirzad Abdullayevqeyd edib ki, 2016-cı ildə sahibkarlıq subyektlərinin 2500-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Fond bu il qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, logistik mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq (ətlik və südlük) və istixana komplekslərinin, iri fermer, intensiv bağçılıq (üzüm, alma, nar, zeytun və s.), quşçuluq təsərrüfatlarının yaradılması, ət kəsimi və emalı, qarışıq yem və çörək istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrin maliyyələşdirilməsistiqamətində fəaliyyətini davam etdirəcək”.

Forum çərçivəsində rayonda dövlətin güzəştli krediti ayrılan “Şəmkir Aqropark”da aparılan işlərə baxış keçirilib. Hazırda “Aqropark”da 1-ci mərhələ üzrə işlər davam etdirilir. Xaçmaz rayonunda yerləşən “Yalama Aqropark”ında isə 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Digər regionlarda da aqroparklar yaradılır. Ümumilikdə, 6 aqroparkın yaradılmasına 48 milyon manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi