SKMF Lənkəranda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Lənkəranda investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
8 Noyabr , 2016 09:27
SKMF Lənkəranda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə "Report" nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, fond ixtisaslaşdırılmış yaşıl marketin, müasir tərəvəzçilik, çayçılıq, bağçılıq və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərində layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edib.

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434 74 29, faks: (012) 432 37 17; e-mail: [email protected]) müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi