SKMF ilk üç ayda 50 mln. manatdan çox güzəştli kredit ayırıb

SKMF ilk üç ayda 50 mln. manatdan çox güzəştli kredit ayırıb Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin I rübündə maliyyələşdirilmiş layihələrin bölgüsünü açıqlayıb.
Biznes
14 Aprel , 2018 10:36
SKMF ilk üç ayda 50 mln. manatdan çox güzəştli kredit ayırıb

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin I rübündə maliyyələşdirilmiş layihələrin bölgüsünü  açıqlayıb.

SKMF-dən “Report”a verilən məlumata görə, SKMF bu il 135 layihəyə 50 mln. 19,2 min manat məbləğində güzəştli kredit ayırıb.

Verilmiş kreditlər hesabına bu il 5145 yeni iş yerlərinin açılacağı gözlənilir.

Kredit, əsasən, müxtəlif sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı məhsullarının istehsalı, xidmət infrastruktur sahələrinin inkişafı kimi sahələrə ayrılıb.

Son xəbərlər

Orphus sistemi