SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
13 İyun , 2017 09:13
SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, iş adamlarından cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı müəssisələrinin, otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi