SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 12 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib.
Biznes
12 Dekabr , 2017 12:01
SKMF Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 12 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində işgüzar forum keçirib.

“Report” nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- startap layihələrin maliyyələşdirilməsi;

- müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının yaradılması;

- meyvəqurutma müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;

Telefon: (012) 434-74-29;

Faks: (012) 432-37-17;

e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi