SKMF Biləsuvarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Biləsuvarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
27 Noyabr , 2017 17:05
SKMF Biləsuvarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib. 

Məlumata görə, Fond iş adamlarından "Start-up” layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi