Yuxarı
    Bağlamaq

    SKMF Biləsuvar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

    Sahibkarlar sabahdan Fonda müraciət edə bilərlər

    Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

    Nazirlikdən “Report”a verilən məlumata görə, fond sahibkarlardan iri taxılçılıq, müasir heyvandarlıq kompleksinin, intensiz bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

    Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:info@anfes.gov.az) müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi