Bakı. 21 may. REPORT.AZ/ "
"Report" xəbər verir ki, bu barədə mayın 15-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Beyləqan rayonunun Birinci Aşıqlı kəndində keçirdiyi işgüzar forumda məlumat verilib.
Məlumata görə, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması sahələrində investisiya layihələri qəbul edilir.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.