SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə fonda müraciət edə bilərlər
Biznes
7 Dekabr , 2016 16:21
SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

"Report"un məlumatına görə, fond sahibkarlardan  taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması istiqamətləribdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF dekabrın 2-də Balakəndə işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi