SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 4 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbuluna başlayıb.
Biznes
4 Dekabr , 2017 17:01
SKMF Balakəndə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunda sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Fond startap, tütünçülük və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, fındıq, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin, barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması istiqamətlərində layihənin maliyyələşdirilməsini məqsədəuyğun hesab edib.

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;

Telefon: (012) 434-74-29;

Faks: (012) 432-37-17;

e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi