SKMF Bakının Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Bakının Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
7 İyun , 2017 10:39
SKMF Bakının Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 7 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Sabunçu rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, iş adamlarından istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi