SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
23 May , 2017 08:55
SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 23 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarından taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi