Siyəzəndə istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib

Siyəzəndə istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib Tədbir "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilib
Biznes
28 Yanvar , 2016 16:26
Siyəzəndə istehlakçı hüquqlarına həsr olunmuş konfrans keçirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Siyəzən rayonunda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısından bəhs edib, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin formalaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, insanların müxtəlif mallara, xidmətlərə olan tələbatının keyfiyyətcə dəyişməsi, istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməsi bu sahədə maarifləndirmə tədbirlərinin önəmini artırır.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işləri diqqətə çatdıran rəis müavini ötən il istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunmub ki, 2015-ci ildə Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, dəyirmi masa və seminar keçirilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi