"Siemens" dünya üzrə təxminən 6,9 min əməkdaşını ixtisar edəcək

"Siemens" dünya üzrə təxminən 6,9 min əməkdaşını ixtisar edəcək Bu iş yerlərinin təqribən yarısı Almaniyada yerləşir
Biznes
16 Noyabr , 2017 22:58
Siemens dünya üzrə təxminən 6,9 min əməkdaşını ixtisar edəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ Almaniyanın "Siemens" sənaye konserni restrukturizasiya prosesində dünya üzrə təxminən 6,9 min əməkdaşını ixtisar edəcək ki, bunun da də təqribən yarısı Almaniyanın payına düşəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

"İşçilərin nümayəndələrinə təqdim olunan plana əsasən, dünya üzrə təqribən 6,9 min əməkdaş bir neçə il ərzində çətinlik çəkən bölmələrdə ixtisar olunacaq. Bu iş yerlərinin təqribən yarısı Almaniyada yerləşir", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi