​Səlim Müslümov: “Əmək bazarının tələbləri dəyişib”

​Səlim Müslümov: “Əmək bazarının tələbləri dəyişib” Nazir: "Gənclər öz işini qurmaq barədə düşünməlidir"
Biznes
29 İyun , 2016 20:09
​Səlim Müslümov: “Əmək bazarının tələbləri dəyişib”

Bakı. 29 iyun. REPORT.AZ/ "Əgər kimsə düşünürsə ki, qapılar onun üzünə açılacaq və deyəcəklər ki, gəl bizdə işlə, bu çox yanlış fikirdir". “Report” xəbər verir ki, bu açıqlama ilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

Onun sözlərinə görə, bu gün hər bir insan, o cümlədən, gənclər öz işini qurmaq barədə düşünməlidir: “Əmək bazarının tələbləri dəyişib. Biliyi, bacarığı olan hər bir insan özünə iş yeri yaratmaq barədə fikirləşməlidir. Dövlət gəncləri 4 il ali məktəbdə ona görə oxutdurur ki, onlar əmək bazarına hazır olsunlar".

"Təbii ki, dövlət ən böyük işəgötürən kimi yenə də layiqli gənclər üçün iş yerləri açacaq, əmək yarmarkaları davam edəcək. Amma əsas məsələ özünüməşğulluqdur və dövlət də məhz bununla bağlı imkanlarını ortaya qoymalıdır", - deyə nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi