Yuxarı
    Bağlamaq

    Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib

    Qax rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur© Courtesy İmage

    Bakı. 10 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu gün Qax rayonunda növbəti işgüzar forum təşkil edib.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbarın, tütün emalı və 3 ulduz otelin tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

    Forumda SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbir çərçivəsində verilən kreditlər də daxil olmaqla ölkə üzrə sahibkarlıq subyektlərinin 70-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 mln. manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 200 yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 98,3 mln. manat güzəştli kredit yönəldilib".

    Forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, taxılçılıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Tədbir çərçivəsində Qaxın Oncallı kəndində güzəştli kreditlər hesabına yaradılan arıçılıq təsərrüfatına baxış keçirilib.

    Qeyd edək ki, son illər arıçılığın inkişafı ilə əlaqədar 400-ə yaxın sahibkara 4,7 mln. manat güzəştli kredit verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi